Elvin Məmmədov: "Oyunumuzda inkişaf var"

18:07 - 27 Fevral 2025

"Səbail" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ"a 1:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, "dənizçilər"in məşqçisi Elvin Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Kubok bizim üçün təcrübə idi. Uşaqlara təşəkkürümüzü bildiririk. Son matçlarda oyunumuzda inkişaf var. İntizamlı oynayırıq. Bu da bizi sevindirir. Qarşıda çempionat oyunumuz var. Ona hazırlaşırıq.

- Demək olar ki, ən vacib oyununuz çempionatda "Şamaxı"ya qarşıdır. Həmin matç haqda fikriniz necədir?

- Məqsədimiz Premyer Liqada qalmaqdır. "Şamaxı" ilə matç bizim üçün 6 xallıq final oyunudur. "Səbail" ailəsi olaraq bunun fərqindəyik. Xallar yığaraq liqada qalmaq istəyirik.

Mirbağırağa

Xəbər xətti