"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Kəpəz”lə cavab matçının hazırlığı yekunlaşıb.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
Zədələrini sağaldandan sonra hələ tam hazır olmayan Andrey Ştoqrin və Rafael Quzzo, həmçinin səhhətində problem olan Robert Bauer “Kəpəz”lə görüşü buraxacaqlar.
Qeyd edək ki, fevralın 28-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 19:30-da başlanacaq.
saytlarin hazirlanmasi