Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt"la "Sabah" üz-üzə gəlib. 4:0 hesabı ilə qalib gələn qonaqlar yarımfinala yüksəlib.
Qeyd edək ki, günün ilk matçı isə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. “Qarabağ” “Səbail”i 3:1 hesabı ilə məğlub edərək yarımfinala adını yazdırıb.
19:30 "Sumqayıt" – "Sabah" 0:4
Qol: Anatoli Nuriyev, 55, Xəyal Əliyev, 71, Amin Seydiyev, Coy Lens Mikels, 82, 90+4
İlk oyun 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
saytlarin hazirlanmasi