Türkiyə kubokunda III mərhələnin oyunları davam edir.
Sportal.az xəbər verir ki, C qrupunda liderlik uğrunda matçda "Qalatasaray" doğma meydanda "Konyaspor"la qarşılaşıb. Matç 0:0 hesabı ilə bitsə də, "cimbom" 2-ci pillədə qrupu sonlandıraraq adını 1/4 finala yazdırıb. "Konyaspor" isə lider kimi növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "sarı-qırmızılar"ın 1/4 finaldakı rəqibi "Beşiktaş", "Fənərbaxça" və ya "Trabzonspor" olacaq.
"Qalatasaray" - "Konyaspor" 0:0
saytlarin hazirlanmasi