Futbol üzrə Azərbaycan 2-ci Liqasında 14-cü turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün üçün iki qarşılaşma nəzərdə tutulmuşdu.
“Şahdağ Qusar” – “Kür-Araz” matçı qonaq komanda təyin edilmiş vaxtda stadiona gəlmədiyi üçün baş tutmayıb. Digər oyunda isə "Saatlı-Araz" səfərdə "Göygöl"ə qalib gəlib.
2-ci Liqa, 14-cü tur
"Şahdağ Qusar" - "Kür-Araz"
(Baş tutmayıb)
"Göygöl" - "Saatlı-Araz" 2:3
Qollar: Ü.Cəlilov, 9 (pen), O.Məmmədov, 88 - E.Xəlilli, 11, 43, E.Səmədov, 48