İtaliyanın "Milan" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin yay üçün əsas transfer hədəfi "Mançester Yunayted"də çıxış edən Kazemirodur. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Milan" yarımmüdafiə xəttində olan problemi braziliyalı futbolçu ilə aradan qaldırmaq istəyir. "Rossonerilər" yay transfer pəncərəsi zamanı 33 yaşlı orta xətt oyunçusunu heyətinə qatmaq üçün səy göstərəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Kazemironu 2022-ci ilin yayında "Real"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayınada başa çatır.
saytlarin hazirlanmasi