2-ci Liqada 14-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Haypers Quba" doğma meydanda "Şəmkir"i qəbul edib. Qarşılaşma qərb bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 22-yə yüksəldən "Şəmkir" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 25 xalı olan "Haypers Quban" isə 4-cü yerdədir.
"Haypers Quba" - "Şəmkir" 1:2
Qollar: C.İmamverdiyev, 59 - V.Cəfərov, 41, 89
Qırmızı vərəqə: R.Qurbanov, 38, S.Aslanov, 90+4