"Real" İngiltərə millisinin üzvü ilə maraqlanır

17:17 - 3 Mart 2025

"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Madrid klubunun skaut departamenti Uortonun performansını yaxından izləyir. "Real" yayda 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Kristal Pelas" Adam Uortonu ötən ilin febral ayında "Blekbörn"dən transfer edib. İngiltərə millisinin üzvü olan gənc futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti