Türkiyə Super Liqasında 26-cı turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu mövsüm səfərdə qələbəsi olmayan "Trabzonspor" bu gün "Konyaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 28-ə yüksəldən "Konyaspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. 32 xalı olan "Trabzonspor" isə 9-cu yerdədir.
"Konyaspor" - "Trabzonspor" 1:0
Qol: Umut Nayır, 90+10 (pen)