"Arsenal" Kanada yığmasının hücumçusunu transfer edəcək

20:48 - 5 Mart 2025

"Lill"in forvardı Conatan Davidin İngiltərəyə yollanmağa hazırlaşır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, kanadalı hücumçu "Arsenal"dan təklif alıb.

Forvard həmin təklifi dəyərləndirmək niyyətindədir. "Topçular" David üçün "Lill"ə təzminat da ödəməyəcək. Buna səbəb isə forvardın Fransa klubu ilə müqavilə müddətinin mövsümün sonunda başa çatmasıdır. 

25 yaşlı futbolçu bu mövsüm Liqa 1-də 22 görüşdə 13 qol vurub, 3 asist edib. Conatan 2020-ci ildə "Gent"dən "Lill"ə keçmişdi.

Xəbər xətti