İspaniyalı məşhur hücumçu karyerasını başa vurdu

18:59 - 6 Mart 2025

İspaniya milli komandasının sabiq hücumçusu Alvaro Neqredo karyerası ilə bağlı yekun qərarını verib.

Sportal.az xəbər verir ki, ötən ilin yayından klubsuz olan 39 yaşlı forvard peşəkar karyerasını başa vurub. Təcrübəli futbolçu bununla bağlı öz sosial şəbəkə hesabında paylaşıb edib.

Qeyd edək ki, Alvaro Neqredo karyerası ərzində "Rayo Valyekano", "Real", "Sevilya", "Mançester Siti", "Valensiya", "Middlzbro", "Əl-Nəsr", "Beşiktaş", "Kadis" və "Valyadolid"də çıxış edib. Ulduz futbolçu İspaniya yığmasının heyətində keçirdiyi 21 rəsmi matçda 10 qol vurub. Neqredo milli ilə Avro-2012-nin qalibi olub.

Xəbər xətti