I Liqa: "Qəbələ" və "Karvan" qələbə qazandı, "İmişli" uduzdu

16:15 - 7 Mart 2025

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 17-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Lider "Qəbələ" səfərdə, "Karvan" evdə qələbə qazanıb. "İmişli" isə doğma meydanda "Mingəçevir"ə uduzub:

"Cəbrayıl" - "Qəbələ" 2:3
Qollar: S.Məhərrəmli, 16, T.Əhmədov, 90+4 (pen) - A.Şuaybu, 23, D.Massumo, 75, 90+1

"Karvan" - "Zaqatala" 3:2
Qollar: E.Morgan, 28 (pen), 90+1, B.Teymurov, 58 - C.Cəbrayılov, 3, R.İsmayılov, 24

"İmişli" - "Mingəçevir" 0:1
Qol: M.Tahirov, 32 (avtoqol)
Qırmızı vərəqə: G.Souza, 85 ("İmişli"), R.Cəfərli, 87 ("İmişli")

Xəbər xətti