"Qarabağ" "Araz-Naxçıvan"ı məğlub etdi - YENİLƏNİB

20:57 - 8 Mart 2025

Misli Premyer Liqasında 26-cı tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Lider "Qarabağ" səfərdə "Araz-Naxçıvan"ın qonağı olub. "Liv Bona Dea Arena"da təşkil olunan görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun digər oyunları 9-10 mart tarixlərində keçiriləcək.

8 mart (şənbə)

“Araz-Naxçıvan” “Qarabağ” 1:3

Qollar: Felipe Santos, 35 - Nəriman Axundzadə, 44, Leandro Andrade, 77, Emmanuel Adday, 90+6
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Liv Bona Dea Arena”, 19:00

Xəbər xətti