"Real"da heyətə düşə bilməyən Arda Güler və Endrik komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, hər iki oyunçu daha çox forma şansı qazana biləcəyi bir kluba keçmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Futbolçuların Almaniya Bundesliqasında çıxış etmək ehtimalı var. "Leypziq" onları icarəyə götürməyə çalışır. Almanlar yayda Arda və Endrik üçün "kral klubu"na təklif göndərəcək.
Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. 20 yaşlı türk vinger bu mövsüm komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Endrik isə mövsümün əvvəlində "Palmeyras"dan Madrid klubuna keçib. 18 yaşlı braziliyalı hücumçu La Liqa nəhənginin heyətində keçirdiyi 27 oyunda 3 qol vurub.
saytlarin hazirlanmasi