2-ci Liqa: "Şahdağ Qusar", "Şəfa" və "Dinamo"dan qələbə

17:14 - 11 Mart 2025

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 16-cı tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Lider "Şahdağ Qusar" və ən yaxın izləyicisi "Şəfa" qələbə qazanmağı bacarıb:

"Dinamo" - "Füzuli" 5:2
Qollar: Ş.Əliyev, 14 (pen), 25, 35, 70 (pen), Ə.Ağayev, 90+3 - E.Abbaslı, 40 (pen), Ə.Omran, 43
Qırmızı vərəqə: Ə.Məmmədli, 38 - Y.Cəfərov, 80

"Şəfa" - "Şimal" 3:0
Qollar: R.Hacıyev, 21, E.Zamanov, 69, E.Nəsibov, 83

"Şahdağ Qusar" - "Araz Saatlı" 1:0
Qol: E.Quliyev, 79

Xəbər xətti