"Barselona" ispan futbolçunun müqaviləsini uzatdı - RƏSMİ

21:30 - 13 Mart 2025

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi müdafiəçi İniqo Martinesin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin üzvü 2025/2026 mövsümünün sonuna kimi komandada qalacaq.

Qeyd edək ki, İniqo Martines 2023-cü ilin yayından "Barselona"da çıxış edir. 33 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun əvvəlki müqaviləsi mövsümün sonunda başa çatırdı.

Xəbər xətti