"Düşünürəm ki, 10-15 oyunçu klubu tərk etməlidir"

22:20 - 13 Mart 2025

"Mançester Yunayted"in əfsanəvi futbolçularından Ueyn Runi sabiq klub haqqında maraqlı fikirlər səsləndirib.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in tarixinə ən yaxşı bombardir kimi düşən əfsanə komandanın pis çıxış etməsindən narazıdır:

"Bruno nəticə verməyə davam edir, baxmayaraq ki, o, bəzən əsəbiləşdirir. Heyətdə ciddi dəyişikliklər lazımdır. Düşünürəm ki, 10-15 oyunçu klubu tərk etməlidir. Aydındır ki, bu, mümkün olmayacaq, amma bu heyətin mentaliteti elədir ki, heç kim üzərinə məsuliyyət götürmür. Mən Bruno və Mainunu saxlayardım.

Hazırda klubun mədəniyyəti elə vəziyyətdədir ki, məğlubiyyətlər çox asan qəbul edilir. Oyunçular sadəcə ‘növbəti oyuna keçirik’ və bu kimi boş sözlər deyirlər. Sadəcə xarakter göstərib meydanda mübarizə aparın. Bunu görmək dəhşətlidir, bu, ağrılıdır"

Xəbər xətti