Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Sabah"la "Zirə" üz-üzə gəlib. Görüşdə tərəflər hərəyə 1 dəfə fərqlənməklə heç-heçəyə razı olublar.
Qeyd edək ki, bu nəticədən sonra "Sabah" 35 xalla 5-ci, "Zirə" isə 52 xalla 2-ci pillədə qərarlaşıb.
“Sabah” – “Zirə” 1:1
Qollar: Sekidika 34 - Volkov 63
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30