Türkiyə Super Liqasında daha bir derbini əcnəbi hakimlər idarə edəcək.
Sportal.az xəbər verir ki, 28-ci turun "Beşiktaş" - "Qalatasaray" matçında bosniyalı referilər iş başında olacaq. Bu barədə "Radyospor" məlumat yayıb.
İstanbul derbisini İrfan Pelito idarə edəcək. Türkiyə Futbol Federasiyası bununla bağlı Bosniya və Herseqovina Futbol Federasiyasına müraciət edib.
"Beşiktaş" - "Qalatasaray" qarşılaşması 29 mart tarixində, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl "Qalatasaray" - "Fənərbaxça" görüşünü sloveniyalı hakim Slavko Vinçiç idarə etmişdi.
saytlarin hazirlanmasi