"Beşiktaş" argentinalı hücumçu transfer etmək istəyir

16:59 - 20 Mart 2025

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportalaz xəbər verir ki, İstanbul nəhəngi "Feyenord"da çıxış edən Xulian Karransanı transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Beşiktaş"ın baş məşqçisi Ule Qunnar Sulşer rəhbərlikdən argentinalı forvardın transferini istəyib. Norveçli mütəxəssis Karransanın gənc, sürətli və cəld olmasını onun üstünlükləri hesab edir. "Qara qartallar" yayda 24 yaşlı hücumçu üçün Niderland klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Feyenord" Xulian Karransanı mövsümün əvvəlində ABŞ-nin "Filadelfiya" klubundan transfer edib. Argentinanın U-23 millisində oynamış futbolçu Roterdam təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti