Di Mariya Meksikada oynaya bilər

10:58 - 22 Mart 2025

Mövsümün sonunda "Benfika" ilə müqaviləsi başa çatan Anxel Di Mariya karyerasını Meksikada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Amerika" klubu argentinalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "A Bola" nəşri məlumat yayıb.

Meksikalılar Di Mariya ilə danışıqlara start verib. "Amerika" 37 yaşlı futbolçuya illik 3 milyon dollar maaş verməyə hazırdır.

Qeyd edək ki, Anxel Di Mariya 2023-cü ilin yayından "Benfika"da çıxış edir. Argentina millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti