"Şahdağ Qusar"dan "Lerik"ə 3 cavabsız qol - VİDEO

21:24 - 23 Mart 2025

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 18-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün lider "Şahdağ Qusar" öz meydanında "Lerik"i qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 52-yə yüksəldən "Şahdağ Qusar" liderliyini davam etdirir. 13 xalı olan "Lerik" isə 11-ci yerdədir.

"Şahdağ Qusar" - "Lerik" 3:0
Qollar: X.Sadıxov, 58, S.Qurbanov, 66, V.Hüseynov, 90+2

Xəbər xətti