Türkiyənin "Fənərbaxça" klubu PSJ-dən icarəyə götürdüyü Milan Şkrinyarı komandada saxlayacaq.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi slovakiyalı müdafiəçinin transferi ilə bağlı Fransa klubu ilə razılıq əldə edib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Fənərbaxça" Şkrinyar üçün PSJ-yə 10 milyon avro təzminat ödəyəcək. 30 yaşlı mərkəz müdafiəçisi "kanarya" ilə uzunmüddətli müqavilə imzalayacaq.
Qeyd edək ki" "Fənərbaxça" Milan Şkrinyarı yanvar ayında icarəyə götürüb. Slovakiya millisinin üzvü olan təcrübəli futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi