"Tottenhem" "Qalatasaray"ın müdafiəçisini yayda transfer etməyi planlaşdırır

15:47 - 30 Mart 2025

"Qalatasaray" və Türkiyə millisinin müdafiəçisi Abdulkerim Bardakçı karyerasını İngiltərədə davam etdirə bilər.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, türk futbolçunun xidmətində "Tottenhem" maraqlıdır.

London təmsilçisi 30 yaşlı futbolçunun transferini bu yay reallaşdırmaq istəyir. Onun özü də legioner həyatı yaşamağa müsbət yanaşır.

Lakin son qərarını mövsüm başa çatdıqdan sonra qərar verəcək. Abdulkerimin “Qalatasaray”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 

O, karyerası ərzində “Konyaspor”, “Samsunspor”, “Adana Demirspor”, “Denizlispor”, “Altay”, “Giresunspor”da oynayıb və 2022-ci ildə “Qalatasaray”a keçib.
 

Xəbər xətti