İngiltərə FA kubokunda 1/4 final mərhələsinin son 2 oyunu keçirilib.
Sportal.az xəbər verir ki, səfərdə "Preston"la qarşılaşan "Aston Villa" 3:0 hesablı qələbə ilə, "Bornmut"la qarşılaşan "Mançester Siti" isə 2:1 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinal mərhələsində "Aston Villa" "Kristal "Pelas"la, "Mançester Siti" isə "Nottingem Forest"lə qarşılaşacaq.
İngiltərə FA kuboku
"Preston" - "Aston Villa" - 0:3
Qollar: M.Reşford, 58, 63(pen) - J.Remzi, 71
"Bornmut" - "Mançester Siti" - 1:2
Qollar: Evanilson, 21 - E.Haaland, 49, O.Marmuş, 63