"4 ay pis oynadıq, qoca və pis futbolçular olduq"

21:51 - 31 Mart 2025

"Mançester Siti"nin futbolçusu Bernardo Silva açıqlama verib.

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi onu yaşlı futbolçu adlandırılmasının doğru olmadığını deyib:

"Bizə yaşlı futbolçular deyirlər. Kimdir yaşlı? Mənim də, Mateo Kovaçiçin də 30 yaşı var. Bəhs etdikləri oyunçuların 36 yaşı yoxdur. 4 ay pis oynadıq, qoca və pis futbolçular olduq. Bu sözləri deyənlərin futboldan başı çıxmır".

Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 40 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti