Haaland nə zaman dönəcək?

01:10 - 1 Aprel 2025

Daha öncə bildirdiyimiz kimi, "Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə Kubokunun 1/4 finalında "Bornmut"la matçın (2:1) 61-ci dəqiqəsində topuq nahiyəsindən aldığı zədəyə görə əvəzlənib.

Sportal.az xəbər verir ki, insayder Fabrizio Romanonun məlumatına görə, Haaland mövsümün demək olar ki, qalan hissəsini buraxacaq. Lakin forvardın mövsümün son oyunlarına, o cümlədən Klublararası Dünya Çempionatına qədər tam hazır olması gözlənilir.

Qeyd edək ki, keçirilən ilkin testlərdən sonra Haaland əlavə məsləhətləşmə üçün mütəxəssisə müraciət edəcək.

Xəbər xətti