"Bavariya" alman futbolçunun ailəsi ilə görüşdü

10:17 - 12 Aprel 2025

"Bavariya" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhənginin əsas hədəfi "Bayer"də çıxış edən Florian Virtsdir. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

"Bavariya" Avropada bir çox klubun transfer siyahısında yer alan alman ulduzu yayda heyətinə qatmaq üçün fəaliyyətə başlayıb. Münhen klubunun nümayəndələri Virtsin ailəsi ilə görüşüb.

Qeyd edək ki, "Bayer" Florian Virtsi 2020-ci ilin yanvar ayında "Köln"ün akademiyasından transfer edib. Almaniya millisinin üzvü olan 21 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti