Bernardo Silva "Benfika"ya qayıda bilər.
Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi mövsümün sonunda Portuqaliya klubuna keçəcək.
30 yaşlı futbolçu “Benfika” ilə razılaşıb. Silva doğma klubuna qayıtmaq üçün maaşın azaldılmasını qəbul etməyə hazırdır. “Mançester Siti” heyətini yeniləmək üçün bu transferə razılıq verəcək. Silva ilə "Barselona"nın da maraqlandığı iddia edilir.
Bu mövsüm Silva 41 matçda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. 30 yaşlı futbolçu 2017-ci ildən “şəhərlilər”in formasını geyinir. O, 2026-cı il iyunun 30-na qədər Mançester klubuna məxsusdur. Bernardo "Benfika", "Monako" klublarında da çıxış edib.
saytlarin hazirlanmasi