Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli yeni sezona başqa klubda başlaya bilər.
Sportal.az saytına verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçinin xidmətində bir çox klublar maraqlıdır. Onlar arasında Türkiyə, Albaniya, Bosniya və Herseqovina təmsilçiləri var.
“Boluspor”la müqavilə 2026-cı il iyunun 30-da başa çatacaq Vüsala bu qış “Eqnatiya” və “Sarayevo”dan ciddi maraq olub. Amma o, “Boluspor”da qalmağa qərar verib.
Millimizin üzvü yeni sezona hansı komandada başlayacağına isə hələ ki qərar verməyib: İndi bütün fikrimi qarşıdakı matçlara yönəltmişəm. Məhz həmin görüşləri düşünürəm. Yeni sezona harada başlayacağıma gəldikdə, hələ bilinmir”.