Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov mayın 31-dək olan müqaviləsi başa çatdıqdan sonra postunu tərk edəcək.
Sportal.az xəbər verir ki, federasiya rəhbərliyi komandanın cəmi iki xal toplayaraq sonuncu yeri tutduğu AVRO-2026-nın seçmə mərhələsinin əsas mərhələsində millinin çıxışından narazı qalıb. Borisovu əvəzləyə biləcək əsas namizəd də bəllidir.
Milli komandamızı “Araz-Naxçıvan”ın çalışdırıcısı Yevgeni Kukseviç çalışdırmağa yaxıındır. Rus mütəxəssislə danışıqlar aparılacaq.
saytlarin hazirlanmasi