İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi kapitan Vircil van Deykin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderland millisinin üzvü ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Liverpul" Vircil van Deyki 2018-ci ilin yanvar ayında "Sauthempton"dan 84 milyon avroya transfer edib. 33 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi