"Qalatasaray" Fernando Musleradan sonrakı dövr üçün qapıçı axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Eyüpspor"da çıxış edən Berke Özerdir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray" türk qolkiper üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır. 24 yaşlı "əlcək sahibi" özü "sarı-qırmızılar"ın formasını geyinməyə isti yanaşır.
Qeyd edək ki, Berke Özer bu mövsüm Super Liqada "Eyüpspor"un heyətində meydana çıxdığı 29 oyunda 30 qol buraxıb. O, 11 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi