Futbol üzrə Azərbaycan 1-ci Liqasında 22-ci tura start verilib.
Sportal.az xəbər verir ki, səfərdə "Baku Sportinq"in qonağı olan "Qaradağ Lökbatan" 1 :0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, qələbəyə baxmayaraq, "Qaradağ Lökbatan" 19 xalla sonuncu-onuncu pillədə, "Baku Sportinq" isə 26 xalla 5-ci pillədə qərarlaşıb.
"Baku Sportinq" - "Qaradağ Lökbatan" 0:1
Qollar: B.Həziyev, 60