"Beşiktaş" Super Liqa matçına 6 itki ilə çıxacaq

16:18 - 18 Aprel 2025

Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində səfərdə "Göztepe"nin qonağı olacaq "Beşiktaş" oyuna ciddi itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin 6 futbolçusu komandaya kömək edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onur Bulut, Feliks Udoxay, Ernest Muçi, Elan Rikardo, Baxtiyar Zaynutdinov və Necip Uysal zədəlidir. Onlar kollektivlə birlikdə İzmir səfərinə aparılmayıb.

Qeyd edək ki, "Göztepe" - "Beşiktaş" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xəbər xətti