Kevin de Bruyne "Mançester Siti"dən başqa bir Premyer Liqa klubuna keçidi istisna etmir.
Sportal.az xəbər verir ki, 33 yaşlı belçikalı yarımmüdafiəçi mövsümün sonunda azad agent kimi "Mançester Siti"dən ayrılacağını açıqlayıb. Onun MLS və ya Səudiyyə Ərəbistanına keçidi müzakirə olunsa da, De Brüyne həmçinin İngiltərədə qalmağa da açıq olduğunu bildirib:
"Özümü narahat hiss etmirəm. "Siti"nin rəhbərlərinə (Txiki Beqiristayn və Ferran Soriano) dedim ki, hələ çox şey edə biləcəyimi hiss edirəm. Artıq 25 yaşım yoxdur, amma hələ də işimi keyfiyyətli şəkildə görə bilərəm.
Mən hər şeyə açığam, çünki ümumi mənzərəyə baxmalıyam. İdman səbəbləri, ailəm və digər amilləri nəzərə alaraq mənim və ailəm üçün nə daha uyğun olarsa, onu seçəcəyəm.
Hələ də yüksək səviyyədə oynaya biləcəyimə inanıram, amma qərar vermək üçün bir az daha çox məlumata ehtiyacım var."
De Brüyne həmçinin əlavə edib ki, "Mançester Siti"dən yeni müqavilə təklifi almaması onu bir qədər təəccübləndirib:
"Bu, kiçik bir şok idi. Amma mən bu səviyyədə oynamaya davam edə bilərəm."
saytlarin hazirlanmasi