"Lester Siti" mövsümün sonunda müqaviləsi başa çatan kapitanı Ceymi Vardi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ingiltərəli hücumçu ilə yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Lester Siti" Vardinin yayda başa çatan müqaviləsinin müddətini uzatmayacaq. 38 yaşlı forvard azad agent statusu ilə klubu tərk edəcək.
Qeyd edək ki, Ceymi Vardi 2012-ci ilin yayından "Lester Sİti"də çıxış edir. İngiltərə millisinin sabiq üzvü olan təcrübəli futbolçu bu müddət ərzində "tülkülər"in heyətində meydana çıxdığı 496 rəsmi matçda 198 qol və 69 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi