"Liverpul" yayda "Real"a keçəcəyi gözlənilən Trent Aleksandr-Arnolda əvəzləyici tapıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Barselona"da çıxış edən Jül Kundeni transfer etmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.
"Liverpul" fransalı sağ cinah müdafiəçisi üçün İspaniya klubuna 70 milyon avroluq təklif göndərəcək.
26 yaşlı futbolçu ilə İngoltərədən "Çelsi" və "Arsenal" da maraqlanır.
Qeyd edək ki, "Barselona" Jül Kundeni 2022-ci ilin yayında "Sevilya"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi