"Əl-Hilal" baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

10:52 - 3 May 2025

Səudiyyə Ərəbistanı çempionatında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Əl-Hilal" Jorje Jesusla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Jorje Jesus 2023-cü ilin iyul ayında "Əl-Hilal"In baş məşqçisi təyin olunmuşdu. Komanda portuqaliyalı məşqçinin rəhbərliyi altnda ötən il ölkə çempionu olub.

Xəbər xətti