"Fənərbaxça"nın müdafiəçisi Brayt Osayi-Samuel İngiltərəyə qayıda bilər.
Sportal.az xəbər verir ki, "Kristal Pelas" nigeriyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Soccer Net" məlumat yayıb.
London klubu yayda "Fənərbaxça" ilə müqaviləsi başa çatan Osayi-Samuellə danışıqlara başlayıb. "Kristal Pelas" 27 yaşlı sağ cinh müdafiəçisinə illik 4,5 milyon avro maaş olmaqla 4 illik müqavilə təklif edib. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.
Qeyd edək ki, "Fənərbaxça" Brayt-Osay Samueli 2021-ci ilin yanvar ayında QPR-dən transfer edib. Nigeriya millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. O. İngiltərədə daha əvvəl "Blekpul"un formasını geyinib.
saytlarin hazirlanmasi