"Mançester Siti"ni "Liverpul"a dəyişə bilər

18:23 - 8 May 2025

Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayan Kevin De Bruyne Avropada qalmaq istəyir.

Sporta.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə 2 klub yaxından maraqlanır. Bu barədə "Tuttosport" məlumat yayıb.

"Liverpul" De Bruynen heyətinə qatmaq istəyir. "Qırmızılar" 33 yaşlı oyunçu ilə danışıqlara başlayacaq. "Napoli" də təcrübəli futbolçuya maraq göstərir.

Qeyd edək ki, "Mançester Siti" Kevin De Bruyneni 2015-ci ilin yayında "Volfsburq"dan transfer edib. Belçika millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti