"Əl-Hilal" "Mançester Yunayted"in futbolçusuna 3 illik müqavilə təklif etdi

14:23 - 11 May 2025

"Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş “Əl-Hilal”a keçidə yaxındır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalı futbolçuya 3 illik rəsmi müqavilə təklif edib.

Hazırda hər iki klubun rəsmiləri arasında danışıqlar davam edir. Portuqaliyalı ərəb klubunun layihəsi ilə tanış olub. 30 yaşlı futbolçu “Əl-Hilal”ın təklifinə razılıq verərsə, onun Səudiyyə Ərəbistanında illik maaşı 30-35 milyon avro civarında olacaq.

Hələ ki tərəflər arasında yekun razılıq yoxdur. Bu mövsüm Bruno bütün turnirlərdə 53 oyun keçirib, 19 qol vurub və 19 məhsuldar ötürmə edib.

Xəbər xətti