“Sabah”ın baş məşqçisi Vasili Berezutski Rusiyanın ÇSKA klubu tərəfdən gələn təklifə müsbət cavab verib.
Sportal.az xəbər verir ki, o, ÇSKA veteranları ilə 2004/2005 UEFA Kubokunun qalibi olduqları mövsümündə məğlub etdikləri klubların futbolçularından ibarət kollektiv arasındakı yoldaşlıq görüşündə iştirak edəcək.
Həmin görüş mayın 18-də baş tutacaq.
“Sabah” isə Misli Premyer Liqasının 35-ci turunda “Zirə” ilə üz-üzə gələcək. Berezutski həmin matçdan sonra Moskvaya yollanacaq.
saytlarin hazirlanmasi