Futbol üzrə Azərbaycan 1-ci Liqasında 26-cı tura start verilib.
Sportal.az xəbər verir ki, çempionluğu təmin etmiş "Qəbələ" bu gün doğma meydanda "Zaqatala"nı qəbul edib. Qarşılaşma "qırmızı-qaralar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsəndə "Qəbələ" xallarını 64-ə yüksəldib. 34 xalı olan "Zaqatala" isə 4-cü yerdədir.
"Qəbələ" - "Zaqatala" 4:0
Qollar: D.Massumo, 29, 54, A.Şuaybu, 39, E.Tağıyev, 81