"Milan"ın müdafiəçisi Teo Ernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.
Ernandesin "Milan" müqaviləsi gələn ilin yayında başa çatır. 27 yaşlı sol cinah müdafiəçisi sözləşməsinin müddətini uzatmaq niyyətində deyil. İtaliya klubu yayda təcrübəli oyunçunu satmağı planlaşdırır.
Qeyd edək ki, "Milan" Teo Ernandesi 2019-cu ilin yayında "Real"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi