"Bayer"lə müqaviləsi başa çatan Conatan Tanın "Bavariya"ya keçidi yekunlaşıb.
Sportal.az xəbər verir ki, bu barədə "Foot Mercato" məluma yayıb.
"Bavariya" Almaniya millisinin üzvü ilə 4 illik müqavilənin şərtlərini razılaşdırıb. Azad agent statusu ilə kluba qoşulacaq 29 yaşlı mərkəz müdafiəçisinin illik maaşı 14 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Conatan Ta 2015-ci ildən "Bayer"də çıxış edirdi. Təcrübəli futbolçu başa çatan mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi