Növbəti mövsümə hazırlaşan "Neftçi" ilk transferini reallaşdırıb.
Sportal.az "Pressing.az" istinadən xəbər vverir ki, paytaxt təmsilçisi "Araz-Naxçıvan"ın mərkəz müdafiəçisi İqor Ribeyro ilə anlaşıb.
Lakin 28 yaşlı braziliyalı stoper hələ ki "Araz-Naxçıvan"a lazımdır.
Belə ki, "sambaçı" UEFA Konfrans Liqasında mübarizə aparacaq Naxçıvan təmsilçisinə kömək edəcək.
Ribeyro bundan sonra "ağ-qaralar"ın sıralarına qoşulacaq.