Evan Ndika karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "RMC Sport"un məlumatına görə, “Roma”nın müdafiəçisinə “Tottenhem” və “Mançester Yunayted” maraq göstərir. Bu klublar 25 yaşlı futbolçunun transfer imkanlarını araşdırıblar.
Ndikanın transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Fil Dişi Sahili millisinin üzvü olan futbolçu ötən mövsüm A Seriyasında 38 oyun keçirib.
saytlarin hazirlanmasi