"Atletiko" "Milan"a Teo Ernandesin transferi ilə bağlı təklif göndərib.
Sportal.az xəbər verir ki, "Sky Italia"nın məlumatına görə, Madrid klubu müdafiəçi üçün 15 milyon avro təklif edib. "Milan" isə Teo üçün ən azı 25 milyon avro almaq istəyir.
Əvvəllər "Al-Hilal" Teoya 35 milyon avro təklif etmişdi. kKublar transfer üçün razılığa gəlsələr də, fransız futbolçu keçidə razılıq verməmişdi.
Xatırladaq ki, Ernandes 2017-ci ilə qədər "Atletiko"nun futbolçusu olub, daha sonra "Real"a keçib və 2019-cu ildən etibarən "Milan"ın heyətində çıxış edir.
saytlarin hazirlanmasi