Fernando Muslera Argentina klubu ilə anlaşdı

12:17 - 20 İyun 2025

"Qalatasaray"dan ayrılan Fernando Muslera karyerasını Argentinada davam etdirəcək.

Sportal.az xəbər verir ki, uruqvaylı qolkiper "Estudiantes"lə anlaşıb. Bu barədə ESPN televiziyası məlumat yayıb.

Muslera yeni klubu ilə 1,5 illik müqavilə imzalayacaq. 39 yaşlı futbolçunun aylıq maaşı 90 min dollar olacaq.

Qeyd edək ki, Fernando Muslera 2011-2025-ci illər arasında "Qalatasaray"da çıxış edib.

Xəbər xətti